Muğam ifaçısı ilə azərbaycanlı aparıcı ailə qurdu: “6 ildir ki, sevib...”
Paytaxt məkanlarının birində “Muğam-2011” müsabiqəsinin qalibi Səbinə Ərəbli “Dünya” telekanalının aparıcısı İbrahim Azəri ilə nikah masasına əyləşib. Lent.az-ın məlumatına görə, mediaya qapalı olan toya sənən dünyasının say-seçmə adamları dəvət olunub. Gecədə ən yadda qalan məqamlardan biri də səbəkarların rəqsi olub. Toya dəvət olunan ifaçılar isə cütlüyə müsiqi hədiyyələrini təqdim ediblər.
Özəl gündən söz açan aparıcı İ.Azəri təəssüratlarını Lent.az-la bölüşüb: “Bu gün 6 il sevdiyim xanımla ömürlük ailə həyatı qururam. Allah bütün subaylara bu günü qismət eləsin”.
Toydan fotoları təqdim edirik.