“İnter”in baş məşqçisi: “Elə isə "Qarabağ"ı təbrik edirəm”
11 dekabr 2014 23:44 (UTC +04:00)

“İnter”in baş məşqçisi: “Elə isə "Qarabağ"ı təbrik edirəm”

“Çox yaxşı oyun oldu. Hər iki komanda yaxşı mübarizə apardı”. Apasport.az saytının məlumatına görə, bu sözləri “İnter”in baş məşqçisi Roberto Mançini deyib.

 

İtaliyalı mütəxəssis qarşılaşmanın onlar üçün çətin alındığını bildirib: “Təəssüf ki, “Qarabağ” növbəti mərhələyə adlaya bilmədi”.

 

“Təcrübəli məşəşqçi kimi qəbul edirsiz ki, qol ofsayd deyildi?” sualına isə  “Futbolda hər şey olur. "Qarabağ" əvvəlki şanslarından istifadə edə bilmədi. Etsəydi, başqa cür olardı” deyib.

 

O, “Bu gün biz "İnter"in ifasında yaxşı oyun görmədik. Sadəcə, hakimlər "Qarabağ"ın qələbəsini əlindən aldı” replikasına “Elə isə "Qarabağ"ı təbrik edirəm” deyə cavab verib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 243

Oxşar yazılar