“İfaçılarınızın səhnə geyimləri adi həyatda geydiklərindən fərqlənmir” - MÜSAHİBƏ
29 oktyabr 2013 11:36 (UTC +04:00)

“İfaçılarınızın səhnə geyimləri adi həyatda geydiklərindən fərqlənmir” - MÜSAHİBƏ

Türkiyənin “Bu gün ne giysem” yarışmasından tanıdığımız modelyer İvana Sərtin Lent. az-a müsahibəsi.

 

İvana ilə hər şeydən danışdıq, şəxsi həyatından, sənətindən, yaşam tərzindən, gözəllik sirlərindən...İlk olaraq Bakıya gəlişinin səbəblərindən söhbət açdı.

 

 

- Xoş gəlmisiz, səhv etmirəmsə, bu, Bakıya ikinci səfərinizdir?

 

 

- İlk olaraq onu deyim ki, şəhəriniz çox gözəldir, qədim binalar çox xoşuma gəldi . İnsanlarınız qonaqpərvərdir, bu, hər xalqa məxsus olan mədəniyyət deyil.

 

 

- Bildiyimə görə, paytaxtımıza gəlişinizin təşəbbüskarı “biznes ledi”  Ruhi Əliyeva olub...

 

- Bəli, doğru, burda olmağımın səbəbkarı Ruhi xanımdır, o, məni dəvət edib. Bu gün onun rəhbəri olduğu “Özünə bax” layihəsində həm qonaq, həm də münsif olacam. Türkiyədən kənarda, hər hansı bir ölkədə münsif olmaq mənim üçün böyük bir şərəfdir. Bu şərəfi mənə verdiyinə görə, Ruhi xanıma ayrıca təşəkkür düşür.

 

- Söylədiniz ki, “Özünə bax” layihəsində münsifsiniz. Bu proqramda iştirakçılara nəyi aşılamaq niyyətindəsiniz?

 

 

- (Bir az düşünür) Yox, mən nəyisə aşılamaq yox, sadəcə, nəyin artıq, nəyin əksik olduğunu vurğulaya bilərəm. Onsuz da Azərbaycan qadınlarını tanrı çox gözəl yaradıb. Qaş, göz, əsas da nazlı, qəmzəli olmaları onların üstünlüyüdür.

 

- Adətən ölkəmizə bir sənətçi gələndə ona ənənəvi bir sual ünvanlayırıq: Bizim müğənnilərdən kimisə tanıyırsınız? Mən də ənənəmizə sadiq qalıram...

 

- Bəli, tanıyıram. Amma çox yox, Röya, Brilliant, Aygün Kazımova, Ruhi...

 

 

- Müğənnilərimizin geyimləri sizi qane edirmi?

 

- Normaldır, amma super ola bilər, ad çəkməyəcəm, sizin ifaçıların yeganə çatışmayan xüsusiyyətləri odur ki, səhnə geyimləri adi həyatda geyindikləri libaslardan fərqlənmir. İfaçı fərqliliyi ilə seçilməlidir, bu, bütün dünyada belədir.

 

- Azərbaycanlı modellərdən tanıdığınız varmı?

 

- Hə, bir vaxtlar Türkiyənin “Bu gün nə giysəm” adlı proqramına qatılan Səbinə Allahverdiyevanı.

 

- Model olmaq üçün qadına nə gərəkdir?

 

- Bunun üçün bir sıra şeylər lazımdır. İlk növbədə gözəl bədən parametrləri olmalıdır. Daha sonra o,  formada qalmaq üçün bədənindən yaxşı şəkildə istifadə etməlidir.

 

 

- Bəs siz formada qalmaq üçün nə edirsiz?

 

- Formada qalmağımın başlıca səbəbi idmandır. Demək olar ki, hər gün 6 kilometr qaçıram. İdman yalnız formada qalmaq üçün keçərli deyil, həm də sağlamlıqdır. Bütün qadınlara idmanı və yeməkdən sonra 20 dəqiqə gəzməyi məsləhət bilirəm, bu, əsasdır. Bunu etsələr hər şey qaydasında olar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6016
avatar

Yalçın UĞUR

Oxşar yazılar