“Gangnam Style” mahnısı ilə məşhurlaşan cənubi koreyalı müğənni PSYnin yeni klipi dövlət televiziyasında göstərilməyəcək. Lent. az-ın məlumatına görə, buna səbəb ifaçının klipində ictimai əmlaka zərər vurulduğunu göstərən süjetlərin olmasıdır.
Daha bir səbəb isə müğənninin klipində yol hərəkət nişanını təpikləyərək rəqs etməsidir.
Televiziya rəhbərliyi isə məsələyə bu cür şərh verib: “Keçmişdə də buna bənzər kliplərin yayımına qadağa qoymuşduq”.
Qeyd edək ki, 35 yaşlı müğənninin klipi, video paylaşma saytlarında 24 saatda 20 milyon dəfə izlənib.
https://www.youtube.com/watch?v=ASO_zypdnsQ