Ukraynanı “Eurovision-2013” də təmsil edəcək Zlata Oqneviç və Fərid Məmmədov bir araya gəliblər. Lent. az-ın məlumatına görə, onlar Avropa promo turu çərçivəsində Kiyevdə görüşüblər. Zlata bu yarışmada ölkəmizi təmsil edəcək Fərid barədə xoş sözlər deyib. O, müğənnimizin ifasında olan "Hold me" mahnısından çox təsirləndiyini və Azərbaycandan bu il iddialı bir iştirakçının gəldiyini söyləyib.
2066