Bu gün Azərbaycanı İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” Mahnı Müsabiqəsində təmsil edəcık iştirakçının kimliyi məlum olacaq. Lent.az-ın məlumatına görə, “Buta Palace”da keçiriləcək Milli Final şousunda ölkə təmsilçisi olmaq uğrunda 10 iştirakçı mübarizə aparacaq. Azərbaycanı yarışmada təmsil etmək üçün finalda Rəvanə Əliyeva, Fərəh Hadıyeva, Vüqar Muradov, Leyla Qafari, Valeriya Hüseynzadə, Fərid Məmmədov, Leyla Əliyeva, Aysel Babayeva, Nigar Hüseynova, və Vlada Axundova yarışacaq.
Qeyd edək ki, yarışmanın Milli Final konserti müsabiqənin qaydalarına uyğun həyata keçiriləcək. Belə ki, 10 finalçının hər biri yerli və ya əcnəbi bəstəkarlara məxsus olan bir yeni mahnı ifa etməlidir. Mahnılar isə ilk dəfə final konsertində səsləndiriləcək. Səsləndirilən ifanın ölkə təmsilçisinin müsabiqə mahnısına çevrilib çevrilməyəcəyinə sonra qərar veriləcək.