“Elə xalq artistləri var ki, Vətən xainləridir”
22 may 2013 14:53 (UTC +04:00)

“Elə xalq artistləri var ki, Vətən xainləridir”

 

İlhamə Quliyeva: “Mənim həyat yoldaşım var, özümə də sığal çəkən adamam”

 

 

Xalq artisti İlhamə Quliyeva Modern.az saytına müsahibə verib. Lent.az həmin müsahibəni qısa ixtisarla təqdim edir.

 

- Yaradıcılığınızda nə yenilik var?

- Bu il yaradıcılığımın 50 ili tamam olur. Bununla bağlı çox böyük layihəm var. Azərbaycanın bölgələrində hesabat konsertləri ilə çıxış edəcəm. Bunlar hamısı ilin sonuna kimi olmalıdır. Sonra Rusiyada böyük konsetim baş tutacaq. Yekunda isə Heydər Əliyev Sarayında möhtəşəm proqramla çıxış edəcəyəm. Sadaladıqlarımın hamısı 2013-cü ilin axırına kimi yekunlaşmalıdır. Artıq retro mahnılarımın aranjimanları hazırdı, onları lentə yazdırıram. Yarım əsr ərzində ifa etdiyim mahnılarımdan ibarət seçmə disk olacaq. Bu il Tükəzban xanımın 90 illik yubileyidir. Dekabrın 21-nə qədər onun ifasında səslənən əsərlərdən ibarət disk buraxdırmaq istəyirəm. Yəni işlər çoxdur.

- Bir müddət öncə oğlunuzu evləndirdiniz. Gəlininizlə yola gedirisinzmi?

- Burda yola getməmək söhbəti ola bilməz. Mənim oğlum onu sevib evlənib. Hər şey normaldır. Onların xoş günlərini görüb sevinmək istəyirəm. Niyə yola getməyim ki?! Bizdə gəlin-qaynana söhbəti yoxdur. 

- Orxanın toyunda dediniz ki, “toydan sonra özümü də yerbəyer edəcəm”. 

- Hər bir normal insanın öz şəxsi həyatı var. Ona sözgəlişi deyərlər. Ən ağır yük övladımın ailə həyatı qurması, xoşbəxt olması üçün əlimdən gələni əsirgəməmək idi. Həmçinin də insan özü üçün də yaşamalıdır. Ömrüm boyu sənətimlə xalqıma xidmət eləmişəm. Necə deyərlər, biz sənət adamları özümüz üçün yaşamırıq. 

- Ailə qurmaq haqda düşünürsünüzmü?

- Mənim həyat yoldaşım var, hər şey də öz qaydasındadır. Şəxsi həyatımdan danışmağı sevmirəm. Həyatımda sevdiyim insan var. Həyatım roman deyil ki, hər kəs onu vərəqləyib oxuya bilsin. Özümə sığal çəkməyi bacaran insanam.

- Oğlunuz işləyirmi?

- Orxan savadlı hüquqşünasıdır. Özünün ofisi var, texnika biznesi ilə məşğuldur.


- “Eurovision” mahnı müsabiqəsi bu il də bizim üçün yetərincə uğurlu oldu.  Fərid Məmmədov ölkəmizə ikincilik qazandırdı. Fikrinizcə gələn il bu müsabiqədə bizi kim təmsill edə bilər?

- Mən o istedadlı uşağı dinləyəndən sonra onun yerinə heç kəsi görmürəm. Budəfəki müsabiqədə ən uğurlu çıxış Fərid idi. Mən hesab eləmirəm ki, o ikinci oldu. Mənə görə ikinci yer Azərbaycan üçün böyük uğurdur. Onun bir neçə müəllimi var. Ancaq ən yaddaqalan müəllim əməkdar artist Aybəniz xanım Haşımovadır. Aybəniz xanımın çox böyük zəhməti var Fəridin üzərində. 

- Dəfələrlə sənətçilərə, sənətkarlara fəxri adın verilməsi ilə bağlı çağırışlarınız olub. Aybəniz Haşımovanın tələbəsi çox böyük uğur qazandı. Sizcə o, xalq artisti adına layiqdirmi?

- Əlbəttə Aybəniz Haşımova xalq artisti adına layiqdir. O qədər layiqsizlər, vətənə xəyanət edənlər var ki, xalq artisti adı daşıyırlar. Niyə vətənini, dövlətini sevən, gözəl tələbələr yetişdirən sənətkar xalq artisti adına layiq görülməsin? Aybəniz çoxlarından qabaq layiqdir. Onun xətrini çox istəyirəm, sənətinə də böyük hörmətim var. 

- Kimlərinsə fəxri ad almasında rolunuz olubmu?

- Niyə olmayıb?! Artıqlamasıyla olub. Amma bunu ağardıb, üzə vurub deməzlər. Mən onlara dəstək olmuşam. Sadəcə demişəm ki, istərdim filankəs əməkdar artist, xalq artisti olsun.

- Məsələn Abbas Bağırov…

- Abbas Azərbaycan səhnəsinin prinsidir. O çox istedadlı gəncdir, hər zaman axtarışdadır.

- Səhnədə hər zaman formada olmağınızın bir sirri varmı? Məsələn idman və sair.

- Yalan danışmağı sevmirəm, idmanla məşğul deyiləm, tənbələm çox yatıram. Səyahəti çox sevirəm. Avtomobillə Azərbaycanın dilbər guşələrinin səyahətinə çıxıram. Sadəcə özümə baxmağı yaxşı bacarıram. Özümə böyük sevgi-məhəbbətim var. Xarici görünüşümü nə dərəcədə saxlaya bildiyimi deyə bilmərəm.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2232
avatar

Oxşar yazılar