“İnsan nə qədər əlçatmaz olsa, o qədər yaxşıdır”. Bu fikri Lent. az-a aktyor Elməddin Cəfərov deyib. O, toylardan pul qazanmadığını bildirib: “Əvvəllər toylara gedirdim, pul qazanırdım. Amma sonra getməməyə qərar verdim. Çünki toyda sənət adına nəsə görmədim. Elə bil pul xətrinə bir neçə saata sənət satırsan. Düşünürəm ki, insan əlçatmaz olanda daha maraqlı görünür. Aktyor toyda mikrofonu əlinə alıb düşür restoranın canına ki, tamaşaçını güldürüb 50 manat qazansın.
Ailəmi serialların hesabına saxlayıram, prodüser kimi də fəaliyyət göstərirəm. Pulum az ola bilər, amma bərəkətlidir ”.