“Aygün Kazımovanın qızı olduğum üçün hər yerdə yaşıl işıqdır”
17 fevral 2015 14:58 (UTC +04:00)

“Aygün Kazımovanın qızı olduğum üçün hər yerdə yaşıl işıqdır”

Xalq artisti Aygün Kazımovanın qızı, müğənni İlqarə Kazımova ifa etdiyi “Yenə-yenə” adlı mahnısına çəkilmiş klipi mediaya təqdim edib. Lent.az-ın məlumatına görə, jurnalistlərlə görüşən gənc ifaçı deyib ki, yeni klipini rejissor Anar Hüseynov ekranlaşdırıb: “Bu gün yeni klipimi təqdim etdim. Çəkilişlər 14 saat davam etdi. Düşünürdüm ki, çəkiliş prosesində yorulacam. Amma əksinə yorulmadım, zövq aldım. Bütün mahnılarım bu üslubda olacaq. Bu klip komanda işidir. Çəkilişlərdə bütün heyət mənə dəstək oldu”.

 

 

İ.Kazımova daha sonra anası xalq artisti Aygün Kazımovanın ona dəstək olmasına münasibət bildirib: “Düşünməyin ki, Aygün Kazımovanın qızı olduğuma görə, mənə hər yerdə yaşıl işıqdır. Bu sənətdə qarşımda bir çox maneələr olub. Anamdan sonra mən “Nömrə 1” olaram, yoxsa yox, bunu zaman göstərəcək. Bu gün mən deyim ki, filan şey olacaq, birdən olmasa nə olacaq? Bu gün, sabah bilmək olmaz ki, nə olacaq”.

 

 

 

 

Qeyd edək ki, klipin rejissoru Anar Hüseynov, prodüseri isə anası, xalq artisti Aygün Kazımovadır. “Yenə-yenə” adlı bəstə ilk dəfə A. Kazımovanın doğum günündə ifa olunsa da, teleməkanda və radiodalğalarda səslənməyib. Mahnı və klip bu gündən etibarən yayımlanacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 419
avatar

Yalçın UĞUR

Oxşar yazılar