“Aygün Kazımova ilə Röyaya baxanda gülməyim gəlir. Ətək-ətək pul xərcləyib dəridən qabıqdan çıxıblar. Hətta bildiyimə görə biri evini satıb, digəri isə bağını. Həftə səkkiz mən doqquz Türkiyənin yolunu ağardıblar. Amma nə fayda gördükləri iş sıfıra bərabərdir”.
Bunu Lent.az-a açıqlamasında biznesmen-müğənni Orxan Babazadə deyib. O, həmkarlarının yaradıcılıq işlərində uğursuz olduğunu bildirib:“İş görən mənim kimi olar dedim və dediyimə də əməl etdim. Türkiyənin sənət babası hesab edilən əfsanəvi sənətkar Orxan Gəncəbaydan türk şou-biznesinə qatılmaq üçün halallıq da aldım.
Bizdə özlərini “nömrə bir” sayan ulduzlar kimi yalandan yox, həqiqi görüşdüm. Orxan Gəncəbayla görüşmək mənim uşaqlıq arzum idi. Bizi evinə qonaq dəvət etdi. Bir xeyli söhbətləşdik. İllərini sənətə vermiş çox kübar bir təbəqənin nümayəndəsidir. İnşallah Orxan Gəncəbayın repertuarından yaxın günlərdə bir mahnı da oxuyacagam”.