Müğənni Murad Sadıx “Həsrətindəyəm” adlı mahnısına təqdimat keçirib. Lent.az-ın məlumatına görə, Beynəlxalq Mətbuat Mərkəzində jurnalistləri başına yığan müğənni klipindən danışıb. O, bildirib ki, xeyli müddət sözləri Leyli İsrafilovaya, musiqisi Sevinc Tağıyevaya məxsus olan “Həsrətindəyəm” mahnısının klip çəkilişləri ilə məşğul olub: “Bu klipi təqdim etmək isə bu günə təsadüf etdi. Ekran işinin maraqlı süjet xətti var. Belə ki, “Atv”nin əməkdaşı olan Aysel Tahirqızı mənim tərəf müqabilim idi. Ona ekran işində gəlinlik geyinməsini, tərəf müqabili olmasını təklif etmişdim. O da çox sağ olsun, təklifimə müsbət cavab verdi. Klipi rejissor Ramil Ağasiyev çəkdi. Düşünürəm ki, fərqli bir klip olub”.
Sonra müğənnin ekran işindəki tərəf müqabili Aysel Tahirqızı fikirlərini bölüşüb: “Mən Murada dost kimi yaradıcılıq işlərində kömək etməyi özümə borc bilmişəm. Klipə gəlincə, yaxşı alındı məncə. Qalanını baxanlar deyə bilər”.
Qeyd edək ki, təqdimatda müğənnilər Yaşar Yusub, Vüsal Hacıyev, Leyla Ramazanlı, Zarina Məmmədova, prodüser Təranə Səmədova iştirak edib.
M.Sadıxın “Həsrətindəyəm” adlı klipini təqdim edirik.