Əməkdar artist Aygün Bəylər bu dəfə sponsorlardan söz açıb. Lent. az-a açıqlama verən müğənni fikrini belə ifadə edib: “Mənim sponsorum olmayıb. Amma konsertimin təşkilinə kömək ediblər, sənətimə diqqət göstəriblər. Mənim fikrimcə, şou-biznesdə sponsor, sponsordur. Sevgili də, sevgili... İndi qardaş-qardaşa kömək etmir”.
Müğənni daha sonra sənətinə diqqət çəkib: “Hamının sənəti göz qabağındadır. Hamı bilir kim, kimdir. Mən sənətçi ailəsində dünyaya gəlmişəm, babam tar ifaçısı olub. Sənətimin qiyməti də başıpapaqlı - kişi vaxtımda verilib. Məncə, bu söz kifayətdir .” - deyə müğənni əlavə edib.