Xalq artisti Aygün Kazımovanın ABŞ-da keçirilən "Big Apple Awards" mükafatından imtina etməsi müzakirəsiz ötüşməyib.
Lent.az-ın məlumatına görə, bununla bağlı "Big Apple Awards"ın rəsmisi, layihənin idarə heyətinin sədri Gülşan Kurbanbayeva mətbuata açıq məktub ünvanlayıb. Məktubda deyilir: “"Big Apple Awards" mükafatı ilə bağlı Aygün Kazımova gündəmə gəlməyə müvəffəq olub. Sözügedən müsabiqədə ötən il digər xalq artisti Brilliant Dadaşova iştirak edib. İlk öncə müğənninin məmnuniyyətlə paylaşılan fotolarından sonra Aygün xanım sosial şəbəkələrdə gözlənilməz açıqlama verib. O sözügedən müsabiqənin təşkilatçı qrupunda bir neçə erməninin olmasını səbəb gətirərək layihəyə qatılmayacağını və adının namizədlər arasından çıxarılmasını tələb edib. Mövzu Azərbaycan mətbuatında böyük ajiotaj yaratdı. Bütün qeyd edəcəyimiz məlumatlarla bağlı Azərbaycan mətbuatına faktlar təqdim edəcəyik. Sosial şəbəkələrdəki səhifəmizə Aygün Kazımova tərəfindən iştirak etmək istəyi ilə bağlı təklif gəldi. Biz isə Azərbaycanlı sənətçilərə hörmətlə yanaşan insanlar kimi razılaşdıq. Daha sonra bütün danışıqlar Aygünün məhz özü ilə aparıldı. O, şəxsi email ünvanından iştirak anketini doldurub bizə göndərdi. Hətta biz onun qəbul edib dəvət göndərdikdən sonra təşəkkürünü bildirib xoşbəxt olduğunu da yazdı. Bütün bunları fakt olaraq məktuba əlavə edirik. Hər hansı gənc ifaçının belə addım atması normal sayılsa da, 45 yaşlı populyar bir müğənninin belə vasitələrdən öz məqsədləri üçün istifadə etməsi bizim üçün heç cür başa düşülməzdir”.
Lent.az-ın əməkdaşı məsələ ilə bağlı xalq artisti A.Kazımovanın prodüseri Toliklə (Tarix Əliyev) əlaqə saxlayıb. O, isə məsələni bu cür izah edib: “Bu göndərilən məktubda qeyd olunub ki, Aygün xanım "Big Apple Awards" müsabiqəsinin emailinə məktub yazıb. Bu, absurd fikirdir. Aygün xanımın elə vaxtı yoxdur ki, kiməsə yazsın. Onların qeyd etdiyi yazışma Aygün xanımın fanları ilə olub. Belə ki, “Facebook”da Aygün xanımın bir neçə fan səhifəsi var. O səhifəni idarə edənlərdən biri onlarla danışıblar. Bu işdən nə Aygün xanımın, nə də mənim xəbərim olub. Hətta bu mükafatlandırmadan təklif gələn zaman Aygün xanım “ATV maqazin” verilişinə müsahibə verdi ki, “bu mükafat mənim üçün o qədər də önəmli deyil”. Daha sonra Aygün xanım öyrəndi ki, bu mükafatı verənlərin arasında ermənilər var. Məhz buna görə də imtina etdi. Hətta bu mükafatla bağlı Amir Diabla çalışan şəxslər mənlə əlaqə saxladılar. Amma onlara da müsabiqədən imtina etdiyimizi söylədik. Aygün xanımın adından kimlər nəsə yazıbsa, bunu bizim adımıza çıxmasınlar. Aygün xanımın adından açıqlama verəcək tək adam mənəm, bir də özü”.
Prodüser bu mövzuda B.Dadaşovanın adının hallanmasına da münasibət bildirdi: “Xahiş edirəm ki, bu məsələdə Brilliant Dadaşovanın adını hallandırmasınlar. Brilliant xanım da bilir ki, mənim bacılığım Esmira Amerikada yaşayır. İstəsəm bu mükafat məsləsini tam araşdıraram. Bundan başqa Amerika səfirliyinin 2 ildir ki, tədbirlərini mən təşkil edirəm. İstəsəm hər şeylə maraqlanaram. Yəni mən bu məsələnin axırına çıxsam, pis olacaq.
Qeyd edək ki ötən ki Nyu Yorkda baş tutan mükafatlandırma mərasimində Sting, Arash, Khaled, İbrahim Tatlisəs, Alabina və s məşhurlar mükafatlandırılıb.