Xalq artisti Brilliant Dadaşovanın Maldiv adalarında çəkdirdiyi şəkillər sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Lent.az-ın məlumatına görə, B.Dadaşova söz-söhbətə səbəb olan şəkilləri barəsində “Facebook” səhifəsində yazıb. Müğənninin fotolarla bağlı əsas mübahisəsi isə əslən azərbaycanlı, hazırda Türkiyədə yaşayan transeksual “Mariya Maqdalena” adlı istifadəçi ilə olub. Transeksual M.Maqdalena B.Dadaşova barəsində ironiyə ilə yazıb: “Hər kəs xalq artistinə dəstək olsun. Bizdə onun kimi ayaq şəkillərimizi çəkək, paylaşaraq, ona dəstək olaq. Məndə Brillianta dəstək oluram”.
Transeksualın bu sözlərinə B.Dadaşova söyüşlə cavab verib: “Səninki ayaq şou deyil. Sadəcə ... şoudur. Canım, mənim dəstəyə ehtiyacım yoxdur. Sən boş ver, rahat ol”.
B.Dadaşovanın transevist M. Maqdelina ilə olan yazışmasını təqdim edirik.