Xalq artisti Aygün Kazımova sosial şəbəkədə maraqlı status paylaşıb. Lent.az xəbər verir ki, xalq artisti evdə saxladığı itinin şəklini paylaşaraq, bu sözləri qeyd edib: “Mənim pipişkamdan yenilik ( itini nəzərdə tutur-Y.S.) Çox yaxında pişka təzə titullar paylaşacaq instagram maqazində. Tezliklə, gözləməyə dəyər. Titulları açıqlayırıq. Primadonnaların, primadonnalarının, primadonnası... Padşahların, padşahlarının, padşahı...Yer kürəsinin, yer kürəsinin, yer kürəsi kimi. Titullarının sahibi kimdir? Biləcəksiniz...”. Müğənnin bu sözləri sosial şəbəkədə maraqla qarşılanıb.
Lent.az həmin şəkli və statusu təqdim edir.