“Bu şəhərdə” deputatı parodiya edəcək
19 dekabr 2012 17:07 (UTC +04:00)

“Bu şəhərdə” deputatı parodiya edəcək

“Bu şəhərdə” komandası növbəti konsert proqramına hazırlaşır. Komandanın prodüseri Müşfiq Abbasovun Lent.az-a verdiyi məlumata görə “Ər işdə” adlı konsert proqramı martın 1-dən 7-dək davam edəcək. Müşfiq Abbasov bildirib ki, zərurət yaranarsa, konsert günlərinin sayını artıracaqlar. O bildirib ki, konsertdə 7 yeni səhnəcik təqdim ediləcək.

 

Hər zaman müsahibələrində siyasətdən uzaq olduqlarını söyləyən “Bu şəhərdə” komandası budəfəki konsertlərində yenilik edəcək. Onlar millət vəkillərindən birinin parodiyasını etmək niyyətlərində olduqlarını deyiblər: “Hər dəfə olduğu kimi bu dəfə də şou-biznes nümayəndələrindən çoxlu parodiya olacaq. Amma budəfəki konsertimizdə ilk dəfə olaraq millət vəkillərindən birini parodiya etməyi düşünürük. Biz konsertlərimizin birində deputatlığa namizəd olan xanım səhnəciyini təqdim etmişdik. Amma bu dəfə real olaraq, ad çəkməklə millət vəkillərindən biri olacaq. Alınarsa, ümid edirik qonaqların xoşuna gələcək”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2776

Oxşar yazılar