Xatirədən Naziləyə CAVAB:  “Məni müzakirə etmək heç kimin başı üçün deyil"
15 oktyabr 2024 17:51 (UTC +04:00)

Xatirədən Naziləyə CAVAB: “Məni müzakirə etmək heç kimin başı üçün deyil"

Müğənni Xatirə İslam şair və qiraətçi Nazilə Səfərlinin onun haqqında söylədiyi “Deyib ki, çantamda 10 min dollar var, amma xoşbəxt deyiləm” sözlərinə sərt reaksiya verib. 

Lent.az xəbər verir ki, müğənni teleproqramlardan birində üstüörtülü şəkildə şairəyə müraciət edib.

“Bu söz efirə yaraşmasa da, deyəcəyəm. Heç kimin başı üçün deyil ki, mənim xoşbəxtliyim haqda şərh bildirsin və bunu müzakirə etsin. Bu mənim şəxsi işimdir.

Çox xoşbəxtəm ki, Fəxrəddin kimi həyat yoldaşım, Emil kimi övladım var. İşim, gücüm, evim, ailəm, səsim, gözəlliyim, bədən quruluşum. Xoşəxtəm. Dünya gözəli olmasam da, çirkin də deyiləm”, - o bildirib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6636
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar