Xalq artistləri qohum olur: SABAH TOYDU  - FOTO
29 yanvar 2022 12:15 (UTC +04:00)

Xalq artistləri qohum olur: SABAH TOYDU - FOTO

Sabah Xalq artistləri Alim Qasımovun nəvəsi Fatimə ilə "Natiq" ritm qrupunun rəhbəri Natiq Şirinovun oğlu Ümidin toyu olacaq. 

Lent.az-ın əldə etdiyi məlumata görə, məclis müğənni Elçin Hüseynovun rəhbərlik etdiyi "Niel Saray"da keçiriləcək.

Gecəyə incəsənət və digər sahələrin tanınmış şəxsləri dəvət edilib.

Qeyd edək ki, Ümid atası kimi nağara ifaçısıdır. Fatimə isə A.Qasımovun qızı, Əməkdar artist Fərqanə Qasımovanın övladıdır. Cütlüyün nişanı bir müddət əvvəl A.Qasımovun evində baş tutub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7113
avatar

Yalçın UĞUR

Oxşar yazılar