Xalq artistinin ailəsi çətin durumdadır - Xanımı iş axtarır
11 fevral 2021 10:34 (UTC +04:00)

Xalq artistinin ailəsi çətin durumdadır - Xanımı iş axtarır

Mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə xanım "Elgizlə izlə" verilişində qonaq olub. Lent.az-ın məlumatına görə, aktyorun həyat yoldaşı bu sözləri deyib: 

"Vəziyyət elədir ki, işləməyə ehtiyacım var. İş olsun işləyim, evimə gəlir gəlsin. Yaşar Nuri ilə 40 il ailəli olmuşuq, ona bir dəfə sual verə bilməzdim o kimdir və nəyin var? O, mənə demişdi ki, heç bir işimə qarışma. Mən də kar, lal, kor oldum. Onun xoşu gəlməyən heç nəyi etmirdim. Yaşarın gözü pulda, qızılda olmayıb. Onun heç bir obyekti, mağazası yox idi, ancaq sənət düşünürdü. Onun pulda, qızılda gözü olmayıb.

Dövlət ona beşotaqlı ev vermişdi. Yaşar Nuri xəstə olanda satdıq, müalicəsinə xərclədik. Türkiyədə müalicə üçün pul lazım idi. Sonra üçotaqlı evimizi satdıq, ikiotaqlı aldıq. Yaşamaq üçün bizə də pul lazım idi".

 

# 6645
avatar

Yalçın UĞUR

Oxşar yazılar