SSRİ xalq artisti və ukraynalı müğənni Sofiya Rotaru Dubayda 200 min avroya çıxış etmək təklifinə cavab verib.
Lent.az xarici mediaya istinadən bildirir ki, bu barədə onun keçmiş rejissoru və prodüseri Sergey Lavrova istinadən məlumat yayılıb.
Onun sözlərinə görə, Rotarunun uzun müddətdir karyerasını başa vurmasına baxmayaraq, o, hələ də çıxış etmək təklifləri alır.

"Onlar zəng etməyə davam edir, böyük pullar təklif edirlər. Amma o, təəssüf ki, heç nə istəmir", - ulduzun keçmiş işçisi bildirib.
Lakin bu yaxınlarda məşhur müğənniyə Dubayda keçirilən tədbirdə 200 min avroya beş mahnı ifa etmək təklif olunub.
"O, imtina edib. Deyib ki, döyüşlər gedərkən konsertlərin vaxtı deyil', - mənbə bildirib.