Xalq artisti boşandığı keçmiş əri ilə  EFİRDƏ BARIŞDI
17 fevral 2022 11:19 (UTC +04:00)

Xalq artisti boşandığı keçmiş əri ilə EFİRDƏ BARIŞDI

Xalq artisti Naibə Allahverdiyeva bir müddət öncə boşandığı həyat yoldaşı Yusiflə "Bizimləsən" verilişində barışıb.

Lent.az-ın məlumatına görə, aktrisanın həyat yoldaşı efirə zəng edib və onunla barışmaq istədiyini deyib:

"Ondan çox xahiş etmişəm, yalvarmışam. Ürəyi yumşaqdır, yəqin bağışlayar məni. Bilir ki, onu çox sevirəm. Bilmirəm niyə, onu çox sevirəm. Bəzi səhvlər etdim. Həyatım bağışla məni, səhv etmişəm. Ona qarşı səhvlər etdim. Məni bağışlasın". 

N. Allahverdiyeva verilişdə keçmiş həyat yoldaşının bu sözlərindən sonra onu bağışladığını açıqlayıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4329
avatar

Yalçın UĞUR

Oxşar yazılar