"Xahiş etdi ki, stolunu qibləyə çevirim..."  - Aynur Dadaşova - VİDEO
01 mart 2022 21:18 (UTC +04:00)

"Xahiş etdi ki, stolunu qibləyə çevirim..." - Aynur Dadaşova - VİDEO

Müğənni Aynur Dadaşova bir müddət öncə vəfat edən bacısı Günel barədə danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı “O üz” verilişində bu sözləri deyib:

"Mənə dedi ki, gedək pəncərənin önünüdə söhbət edək. Sənə sual verəcəm, amma düzgün cavab ver, məni aldatma, çünki yutubda hər şeyə baxmışam dedi. Ardınca sualını verdi ki, ölüm necə olur? Dedim sənin qəbrin evindir. Sol tərəfə baxdı. Gözündən yaş süzüldü, amma məndən gizlətdi.

Xahiş etdi ki, stolunu qibləyə çevirim. Əyləşdi, günəşin şüası məni vursun dedi. Oktyabr idi, günəş şüası ona vururdu, dedi ki, nə gözəl istidir, gözlərini yumdu. Nə bilərdim ki, səhər sübh vaxtı dünyasını dəyişəcək. Belə halları çox olurdu. Dəyişirdi, sonra təkrar düzəlirdi. O heç vaxt odeyalla yatmazdı, ürəyi çox sıxılırdı. Divanda yatmışdı, mən də yanında əyləşmişdim. Qalın yorğana bürünmüşdü. Leylanı çağırıb soruşdum ki, anan həmişə belə yatır? Dedi, yox. Düşündüm ki, bəlkə ona soyuqdur, üşüdür. Ayaqlarına baxanda gördüm ki, soyuqdan göyərib, buz kimi idi. Feni gətirib ayaqlarını isidəndə ayıldı ki, nə edirsən? Dedim, bacı, ayaqların çox soyuqdur. Bəlkə də Allah elə elədi ki, sübh vaxtı rəhmətə getsin. Səhər 5 radələrində azan vaxtı dünyasını dəyişdi”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3885
avatar

Yalçın UĞUR

Oxşar yazılar