Vəfa Şərifovanın mahnıya görə  daha bir müğənni ilə QALMAQALI
21 oktyabr 2024 20:41 (UTC +04:00)

Vəfa Şərifovanın mahnıya görə daha bir müğənni ilə QALMAQALI

Müğənni Vəfa Şərifovanın həmkarı Vüsal Əliyevlə arası dəyib.

Lent.az-ın xəbərinə görə, buna səbəb Vüsal Əliyevin Vəfaya birlikdə oxuduqları və böyük populyarlıq qazanmış “Ömrüm” mahnısını qadağan etməsi olub.

Vüsal Əliyev Vəfa Şərifovadan bu mahnını bir daha tək oxumamağı, Vəfa Şərifova isə mahnının “YouTube” platformasından silinməsini tələb edib. Vüsalın qəzəblənməsinə səbəb Vəfanın onunla birlikdə Türkiyəyə konsert verməyə getmək istəməməsi olub.

Qeyd edək ki. Vəfa Şərifova həmkarı Şəbnəm Tovuzlu ilə də mahnı qalmaqalı yaşayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4344
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar