Türkiyədə baş verən dəhşətli zəlzələnin fəsadları davam edir.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Kahramanmaraşda baş verən zəlzələdə məşhur aktrisa Zuhal Topalın əmisi, əmisi oğlu və dostu vəfat edib.
Zuhal Topal bu barədə “instagram” səhifəsində paylaşıb:
"Dualarım ölkəm üçündür, hamımıza başsağlığı verirəm. Ürəyim yandı. Allah canı üçün mübarizə aparan bütün insanlara və əzmlə çalışan bütün komandalara kömək olsun. Maraqlanan hər kəsə təşəkkür edirəm”.