Ulduz müğənni səhnədə hönkür-hönkür  ağladı -  VİDEO
12 may 2026 11:27 (UTC +04:00)

Ulduz müğənni səhnədə hönkür-hönkür ağladı - VİDEO

1

Mersin Mədəniyyət Yolu Festivalı çərçivəsində səhnəyə çıxan pop ulduz Bengü, minlərlə pərəstişkarına həm coşğulu, həm də duyğusal anlar yaşadıb.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, konsertdə 47 yaşlı müğənni sevilən mahnılarını səsləndirib. Gecənin ən yadda qalan məqamı isə "Saygımdan" mahnısı zamanı yaşanıb.

Minlərlə insanın mahnını bir ağızdan, nəhəng bir xor şəklində ifa etməsi sənətçini kövrəldib. Sevgi seli qarşısında göz yaşlarını saxlaya bilməyən Bengü, mahnını tamamlamaqda çətinlik çəkib.

Konsertin Analar gününə təsadüf etməsi gecəyə xüsusi rəng qatıb. İki övlad anası olan ifaçı, səhnədən bütün anaları təbrik edərək duyğusal bir çıxış edib:

"Analıq məqamı çox müqəddəsdir. Bu özəl gündə bütün anaların sevincini bölüşürəm".

Bengünün həm öz analığına, həm də bütün analara ünvanladığı bu səmimi sözlər festival iştirakçıları tərəfindən uzun müddət alqışlanıb.

Gecə boyu davam edən konsert həm rəqslər, həm də bu kimi təsirli anlarla Mersinlilərin yaddaşına həkk olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 868

Oxşar yazılar