Müğənni Türkan Vəlizadə Əməkdar artist Nigar Şabanovadan bərk inciyib.
Lent.az-ın xəbərinə görə, buna səbəb Nigar Şabanovanın onu və müğənni Şəbnəmi efirdən ara müğənnisi, incəsənətin uçurumu, faciəsi adlandırması olub. O, teleproqramlardan birində giley-güzarını bildirib.
“Sənə kim ixtiyar verib ki, haqqımda belə danışasan. Sonra da deyir, ərk edib demişəm. Ərk edəndə, insan insanın haqqında efirdən belə danışır? Bu nəyin paxıllığıdır çəkirsən? Özün dilinlə dedin ki, Şəbnəmlə Türkanın mahnıları daha çox dinlənilir, insanlar sevirsə, biz faciə sayılmalıyıq?”, - o deyib.