"TikTok" fenomeni dəhşətli qəzada ÖLDÜ
18 fevral 2025 11:05 (UTC +04:00)

"TikTok" fenomeni dəhşətli qəzada ÖLDÜ

Manisanın Kırkağaç rayonunda baş verən yol qəzasında iki nəfər həyatını itirib. Dəhşətli qəzada həyatını itirən şəxslərdən birinin 24 yaşlı TikTok fenomeni Gizem Özmen olduğu məlum olub.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İzmir-İstanbul avtomagistralının Kırkağaç hissəsində bir avtomobil yolun təhlükəsizlik zolağında park edilmiş yanacaq tankerinə çırpılıb. Hadisə yerinə polis, səhiyyə və yanğınsöndürmə qrupları cəlb olunub. Aparılan ilkin araşdırmalar nəticəsində avtomobilin sürücüsünün və sərnişini olan Gizem Özmenin dünyasını dəyişib.

Qəza sonrası tanker sürücüsü nəzarətə götürülüb. Həyatını itirən Gizem Özmenin "TikTok" platformasında "Lavinia Özmen" adı ilə tanınan sosial media fenomeni olduğu ortaya çıxıb.

Qeyd edək ki, 24 yaşlı Gizem Özmenin "Instagram" -da 22 min, "TikTok" -da isə 155 min izləyicisi var idi.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1586

Oxşar yazılar