Təranə Səmədovanın övladları ilə bağlı YENİ XƏBƏR
26 aprel 2023 13:42 (UTC +04:00)

Təranə Səmədovanın övladları ilə bağlı YENİ XƏBƏR

“Təranə Səmədova həbs olunduqdan sonra iki qız övladı Suel ilə Adeli Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadənin rəhbərlik etdiyi sığınacağa yerləşdirdim”. 

Lent.az xəbər verir ki, bu sözləri müğənni Rəqsanə İsmayılova qonaq olduğu verilişdə deyib.

Rəqsanə İsmayılova daha sonra uşaqları görmək üçün Kəmalə xanıma ərizə yazdığını bildirib:

“Onlar bir həftədən sonra evimə gəldilər. Sonra isə Suel sığınacağa qayıtmaq istəmədi. Dedi ki, xahiş edirəm, sizdə qalım. Anayam, övladlarım var. Hamı bilir ki, necə ürəyim və qəlbim var. Suelin bu sözlərindən pis oldum və uşaqları sığınacağa qayıtmağa, açığı deyim, qoymadım”.

Sənətçi bildirib ki, hazırda həbsdə olan prodüser Təranə Səmədovanın iki qız övladı Suel ilə Adel onun evində qalır. İsmayılova vurğulayıb ki, Suel sığınacaqda yox, müğənninin evində qalmaq üçün rəsmi qaydada ərizə yazıb:

“Dövlət qurumlarına xəbər verdim ki, Suel ağlayır və sığınacağa getmək istəmir. Qızı necə sığınacağa getməyə məcbur edə bilərəm? 14 yaşında bir uşaqdır. Danışığını bilir, savadlı bir övladdır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, Xətai Rayon İcra Hakimiyyətindən səlahiyyətli şəxslər, hətta Kəmalə xanımın özü də bizə gəldilər. Suel rəsmi qaydada yazdı ki, xahiş edirəm, məni və bacım Adeli Rəqsanənin evindən heç kim aparmasın, biz burada qalaq. Bacısı Adelə Suel baxıb. Artıq körpə Adel Sueli özünə ana bilir, ona bağlanıb. Bilirsiniz ki, illərlə Təranə ilə aramda nələr yaşanıb. Buna baxmayaraq, onunla danışmasam da, onun övladlarını evimdə saxlayıram”.

Müğənni həmçinin qeyd edib ki, prodüserin övladlarının tərbiyəsi ilə öz övladlarının baxıcıları məşğul olurlar:

“Mənim də körpə övladlarım var. Rusiyadan uşaq baxıcılarım var. Onlar hazırda yanımda, Bakıdadırlar. Onlar ali təhsilli pedaqoqdurlar. Suel ilə Adelə mənim uşaqlarım kimi baxıb, tərbiyə verirlər. Təranənin övladları yanımda qalırlar. Özbaşına o uşaqları yanıma gətirməmişəm. Gördüm ki, uşaqlar qalıblar ortada, bir insan olaraq, vicdanım ağrıdı. Həyat yoldaşım Fazil Əmiraslanovdan xahiş etdim ki, icazə versin, onlar yanımda qalsınlar. Bu gün də onların maddi və mənəvi hər şeyləri üstümdədir. Suel dedi ki, sinif yoldaşlarıma görə sığınacağa getmək istəmirəm. Mənə bir az zaman verin, psixoloji olaraq özümə gəlim”.

Xatırladaq ki, Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunub. O, 2017-ci ildə qadın alveri səbəbilə ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilib. 2019-cu ildə azadlığa çıxan tanınmış prodüser ötən il də qanunsuz olaraq narkotik maddə gəzdirdiyi üçün saxlanılıb. Məhkəmə T. Səmədovanın hamilə olduğunu nəzərə alaraq, ona həbs cəzası verməmişdi. Prodüser 400 manat məbləğində cərimə olunaraq sərbəst buraxılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3522
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Beyons futbol oyununda çıxış edəcək

Beyons futbol oyununda çıxış edəcək

12 dekabr 2024 , 21:21
Dünyanın ən böyük yanaqlı qadını  açıq-saçıq geyimdə poza verdi

Dünyanın ən böyük yanaqlı qadını açıq-saçıq geyimdə poza verdi

12 dekabr 2024 , 19:19
Taylor Sviftdən dünya REKORDU

Taylor Sviftdən dünya REKORDU

12 dekabr 2024 , 17:42
Selena Qomes evlənir

Selena Qomes evlənir

12 dekabr 2024 , 13:22
Şahzadə Diananın MODA HİYLƏSİ

Şahzadə Diananın MODA HİYLƏSİ

12 dekabr 2024 , 10:20
Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

Meqan Foks doğuşdan əvvəl sevgilisindən ayrıldı

11 dekabr 2024 , 23:03
Məşhur rəqqasənin adından dələduzluq  edildi

Məşhur rəqqasənin adından dələduzluq edildi

11 dekabr 2024 , 22:07
"Eurovision 2025"də yeni sərt qaydalar  tətbiq olundu

"Eurovision 2025"də yeni sərt qaydalar tətbiq olundu

11 dekabr 2024 , 21:47