Türkiyənin məşhur müğənnisi Hande Yener səhnə geyimi ilə diqqət çəkib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, İstanbulda ''Hop Hop'' adlı yeni mahnısı ilə konsertini açan müğənni, yeni stil məsləhətçisi Geco Styling tərəfindən hazırlanan səhnə geyimi ilə görənləri heyran qoyub. Sözügedən paltar başdan-başa, xaricdən gətirdiyi “ikonalı” bəzəklərlə örtülüb.
Onun tüklü palto seçimi də sosial mediada gündəm olub.