Türkiyəli aktyor Tolqahan Sayışman həyat yoldaşı model Almeda Abazi ilə alış-veriş zamanı görüntülənib.
Lent.az xəbər verir ki, onların hər ikisinin qara paltarda olması diqqət çəkib.
Müxbirlərin suallarını cavablandıran cütlük, işlərinin bu ərəfələr sıx olduğunu bildirib. Sayışman buna baxmayaraq bu günü ailəsinə həsr etdiyini qeyd edib. O, sonda alış-verişin ona baha başa gəldiyini deyərək, yoldaşına baxıb gülümsəyib.