Müğənni Natavan Həbibi reper həyat yoldaşı Dado Əliyevdən ayrılıb.
Lent.az-ın məlumatına görə, bu barədə reper Dado özü bildirib:
"Bu xəbəri yaxınlarım bilirdi, indi vaxtıdır hamı bilsin. Münasibətimiz çoxdan bitib və yox vəziyyətdədir. Bu susqunluq son zamanlar məni qorxudur, özüdə çox pis. Qərar gəldim ki, durumumuz barədə xəbəriniz olsun".
Qeyd edək ki, Natavan və Dado 2017-ci ildə ailə qurub. Toydan bir neçə ay sonra cütlük ayrılıb. Cütlüyün bu nikahdan bir oğlu var.