Türkiyəli məşhur aktyor Kənan İmirzalıoğlu həyat yoldaşı aktrisa Sinem Kobala ad günü sürprizi edib.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, 2016-cı ildə Kənan İmirzalıoğlu ilə ailə quran, Lalin və Leyla adlı iki qızı olan Sinem Kobal ötən gün 36 yaşını qeyd edib.
Bir neçə gün əvvəl ayağını burxan aktrisaya ailəsi sürpriz təşkil edib. Belə ki, Kənan İmirzalıoğu qızı ilə birlikdə Sinəmə oyuncaq ayı, mikrofon və tort alıb. Aktrisanın sosial media hesabında tort üfürərkən verdiyi pozlar böyük marağa səbəb olub. Paylaşıma minlərcə şərh və bəyənmə gəlib.