Türkiyənin məşhur aktrisası Burcu Biricik həyat yoldaşı ilə birlikdə dəniz keyfi yaşayıb.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bir müddət əvvəl "Camdaki Kız" serialında rol alan Burcu Biricik 2016-cı ildə reklamçı Emre Yetkin ilə dünya evinə girmişdi.
Xoşbəxt evlilikləri olan məşhur cütlük hazırda dostları ilə tətildədir.
Biricik qırmızı çimərlik paltarında özünü sərin sulara buraxdıqdan sonra yoldaşının yanına gəlib.
Suda həyat yoldaşı Emre Yetkinin yanağını sığallayan Biricikin bu halı obyektivlərə yaxalanıb.