Xəbər verdiyimiz kimi türkiyəli televiziya prodüseri və aparıcısı Acun Ilıcılanın keçmiş həyat yoldaşı Şeyma Subaşı ailə həyatı qurub.
Subaşı misirli əri Məhəmməd Əlsaloussi ilə nikah masasına oturar - oturmaz haqqında şaiyələr yayılmağa başlayıb.
Lent.az-ın Türkiyə mətbuatına istinadən xəbərinə görə, milyarder ər fenomen arvadına nikah müqaviləsi imzaladıb. Şeyma ondan boşanası olsa, heç nə əldə edə bilməyəcək. Xəbəri yayan menecer Bülent Cankurt maraqlı bir fakta diqqət çəkib. O, “biz qız ərə verməmişik, evə kürəkən almışıq. Milyarder ərin evi Mayamidədir, toy Mərakeşdə olacaq, amma nikah mərasimi İstanbulda niyə olur?”, - deyə bildirib.