Aktyor Kamran Ağabalayev Əməkdar artist Sənubər İsgəndərli ilə bağlı sosial şəbəkə hesabında maraqlı etiraf edib.
Lent.az xəbər verir ki, o, aktrisanın ad gününü özünə məxsus şəkildə qeyd edib.
"Sizə bir sirr açım: məktəbə gedərkən anam mənə bir abbası, yəni 20 qəpik pul verirdi ki, tənəffüsdə düş kolbasa çörək ye. Mən də bu "kolbasa çörək"lərin pulunu teatrın tamaşasına bir bilet alana qədər yığırdım. Təbii tamaşaya baxmağa getmirdim, məqsəd Sənubər xanımı görmək idi. Sərasər bu 2 il davam edib. İndi Sənubər xanımla eyni kadrı bölüşəndə siz təsəvvür edə bilməzsiniz mən nə hisslər keçirirəm. Bax, o hisslərdə anam, məktəb, həyəcan, sevgi, hörmət, Sovetski, hər şey var. Bundan əlavə bir insan daha nə edə bilər biri üçün? Sizi görmək, sizinlə kadrı bölüşmək, sizinlə hələ dostluq etmək nəyə desəniz dəyər. Allah sizi var eləsin, başqa bilmirəm nə deyim?! Yenə yumağa dönmüşəm yanında" - o yazıb.