Müğənni Səidə Sultan, Röya Ayxan, Natavan Həbibi
03 may 2021 10:02 (UTC +04:00)

Müğənni Səidə Sultan, Röya Ayxan, Natavan Həbibi

Səidə Röyanı, Natavanı BİABIR ETDİ: "Durub onu əzərəm" - QALMAQAL

Müğənni Səidə Sultan küsülü olduğu Xalq artisti Röya Ayxan və müğənni Natavan Həbibi barədə danışıb.

Lent.az-ın məlumatına görə, ifaçı “ATV maqazin onlarla” verilişində “Natavan yoxsa Röya?” sualına bu cavabı verib:

“Heç biri. Getsinlər işləri ilə məşğul olsunlar. Biri birinə, o birisi də birinə... Röya müsahibəsində dedi ki, mən Səidəyə dəstək olmuşam. Vallah dəstək olmayıb. Dəstək olubsa, üzümə lənət. O mənə heç bir şeydə dəstək olmayıb. Hər zaman ona hörmət saxlamışam. Bacımla rəfiqədir. Onların da öz cəbhəsi var. Mənsə heç zaman cəbhədə olan adam olmamışam. Hər zaman tək mübarizə aparmışam. Kimsə hansısa məclisdə özünü pik nöqtədə görürsə, digər insanları əzirsə, mən o məclisdə oturmaram.

Durub onu elə əzərəm, sonra da məclisdən çıxaram. Ailəmdə heç kim mənim Röyayla qalmaqalıma müdaxilə etmədi. Çünki bilirlər ki, düz edirəm. Onunla pis münasibətimin kökündə nəsə var. Mən də dəli deyiləm ki, onunla səbəbsiz yerə pis münasibət yaradam. Ayıb olar. Qalmaqalın kökündə mənim potensialım durur. O bilir ki, qarşındakının potensialı ondan artıqdır. Mən heç bir zaman yeni çıxan gəncə paxıllıq etmirəm.

Natavansa bu qalmaqalda mənə dəstək idi. Sonra zayı çıxdı. Dedi ki, sən belə, sən helə. O mənə çox şeylər dedi, indi burda onu deyə bilmirəm. Ondan sonra münasibətlərə son qoydum”.  

Müğənni Səidə Sultan, Röya Ayxan, Natavan Həbibi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 31878
avatar

Yalçın UĞUR

Oxşar yazılar