İspaniyalı futbolçu Jerar Pike Şakiranı və onun pərəstişkarlarını açıq şəkildə tənqid edib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, o, müsahibələrinin birində Şakirasız özünü daha xoşbəxt hiss etdiyini bildirib.
İdmançı sənətçinin fan-klubunun sosial şəbəkələrdə onun haqqında mənfi fikirlər yazdığını bildirib:
“Bu barbarlıqdır. Həmin şəxslərin özlərinə məxsus həyatı yoxdur”.
Qeyd edək ki, idmançı Şakira ilə 11 il evli olub. Onların bu evliliyindən iki oğlu var.