Rəqsanədən ərinin ad gününə HƏDİYYƏ  - VİDEO
26 yanvar 2022 17:32 (UTC +04:00)

Rəqsanədən ərinin ad gününə HƏDİYYƏ - VİDEO

Müğənni Rəqsanə İsmayılova bu gün doğum gününü qeyd edən həyat yoldaşı Fazil Amiraslanova "Məhəbbət" adlı mahnı həsr edib. 

Lent.az-ın məlumatına görə, ifaçı bu barədə sosial şəbəkədəki səhifəsində yazıb. O, bildirib ki, məşhur müğənni Yıldız Usmanovanaya məxsus olan mahnını fərqli tərzdə oxuyub: 

"Bu həyatda səni tanıdığım hər günə Allahıma təşəkkür edirəm. Sən çox gözəl insansan, Amiraslanov. Ad gününü təbrik edirəm. Sənə arzum budur ki, canın sağ olsun, hər zaman ailəmizin başında olasan.

Nə yaxşı ki, varsan. Şəfiqə xanıma minnətdaram, sənin kimi dəyərli bir şəxsiyyət dünyaya gətirib. Hər zaman səninlə xoşbəxt olaq. Məni xoşbəxt eden insan".

Onu da əlavə edək ki, R. İsmayılova "Məhəbbət" adlı mahnının müəllifi Yıldız Usmanova ilə mart ayında görüşəcək. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5214
avatar

Yalçın UĞUR

Oxşar yazılar