"Qızı olan anayam, heç vaxt 2-ci dəfə ailə qurmaram" - VİDEO
22 fevral 2022 16:29 (UTC +04:00)

"Qızı olan anayam, heç vaxt 2-ci dəfə ailə qurmaram" - VİDEO

Əməkdar artist Firuzə İbadova şəxsi həyatından danışıb.

Lent.az-ın canlı yayımında qonaq olan müğənni bildirib ki, heç vaxt ailə qurmaq istəməyib: 

“Heç vaxt ikinci dəfə ailə qurmaram. Evlənmək təklifləri çox almışam. Amma razı olmamışam. Mən bilirəm ki, atdığım hər addıma görə o dünyada cavab verəcəyəm. Hətta mənə kimsə kompliment deyiləndə utanıram. Dünyamı dəyişəndə orda mənə deyəcəklər ki, sənə gözəlsən deyəndə bunu gülərək qarşılayırdın. Ona görə də bu əzabdan qorxuram. Qız övladım olduğuna görə, bunu istəmədim. Heç kəs bu sözlərimə görə məndən inciməsin. Mənim sevgilim sənətdir. Evə gələndə isə iki bəndə, qızım və nəvəmdir. Mən çox diqqətcil bir həyat yoldaşı idim. Ona görə də ikinci dəfə evlənib, diqqətimi həyat yoldaşıma yönəldə bilməzdim. Artıq mənim beynim sənət üçün kodlaşıb”. 

Qeyd edək ki, açıqlamanın tam hissəsinə aşağıdakı videonun 9-cu dəqiqəsindən sonra baxa bilərsiniz. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3999
avatar

Yalçın UĞUR

Oxşar yazılar