Müğənni Afət Fərmanqızı şou-biznesdə küsülü olduğu müğənnilərdən söz açıb.
Lent.az-ın verdiyi xəbərə görə, ifaçı “Hüseynova bacıları” verilişində bildirib ki, bir neçə həmkarı ilə barışıb:
“Müğənni Aygün Şükürova və Sevda Sanalıyeva ilə barışmışam. Onlarla dalaşmamışdım, söz atmışdılar, mən də cavab vermişdim. Küsülü idik. İndi eyni məkanlarda üz-üzə gəlirik. Bizim dost qazanan vaxtımızdır. Bir insan çıxsın desin ki, Afət ona söz atıb. Belə bir şey olmayıb. Hər zaman mənə söz atıblar, cavab vermişəm”.