Türkiyənin tanınmış aktrisası Yasemin Allen sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
Lent.az xəbər verir ki, o, kişi izləyiciləri üçün məsləhətverici şərh yazıb.
33 yaşlı Yasemin "Öncə insan olaraq özünüzü fokuslayın. Qarşı cinsi unutun, qəlbinizi dinləyin. Qəlbinizi dinləmək bir az yaxşı bir şey deyilmiş kimi görülür. Həssaslıq zəiflik demək deyil. Həssas tərəfinizlə üzləşə bilmək üçün güclü olmaq lazımdır", - o yazıb.
Qeyd edək ki, Yasemin Allen "Ateş ve su", "Dönerse senindir" kimi filmlərə çəkilib.