Kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayevin "Survivor all star" yarışmasındakı ağlaması ilə gündəmə gəlib.
Lent.az-ın məlumatına görə, yarışmada Pərvizə ailəsinin fotosu göstərilib. Şəkildə boksçunun xanımı Səbinə Abdullayeva, oğulları Yusif və Oğuzhan yer alıb.
Həyat yoldaşı Pərvizə məktub göndərərək "Səni ekranda görən zaman çox sevinirik. Yusiflə Oğuzhan sənin üçün darıxıb. Oğuz səni necə həyəcanla izləyir bir bilsən. Yusif deyir ata uduzmasın, həmin an çox üzülür. Səni çox sevirik, öpürük", -sözlərini yazıb.