“Kuruluş Osman” serialında Malhun xatun obrazını canlandıran aktrisa Yıldız Çağrı Atiksoy bu filmdəki rolu ilə karyerasında yeni mərhələyə qədəm qoydu.
Filmdə Osman Qazinin ikinci xanımı, Orxan Qazinin anası rolunu canlandıran bu zərif aktrisa 1986-cı il aprelin 1-də İzmirdə doğulub. Ali təhsili olmayan Yıldız Çağrı aktyor sənətinin incəliklərini müxtəlif sənət məktəblərində və kurslarda öyrənib.
“Öyle bir keçer zaman ki” serialında Berrin Akarsu obrazıyla ulduzu parlayan gözəl aktrisa bir neçə bədii film və seriallarda ürkək, qorxaq, mülayim qadın obrazlarını canlandırıb.
Malhun xatun obrazı Yıldız Çağrı yaradıcılığında yenilik, amplua dəyişikliyi hesab oluna bilər. Eqoist, savaşçı, cəsur və ağıllı Malhun xatun obrazı ilə diqqətləri üzərinə çəkən aktrisa hazırda TRT1 kanalında yayımlanan “Çempion” adlı serialada da rol alır.
Onu aktrisa kimi məşhur müğənni və aktyor Özcan Deniz kəşf edib. Aktrisa 2007-ci ildə “Türkiyə gözəli” yarışmasına qatılıb və həmin müsabiqədə Özcan Dənizdən iş təklifi alıb.
İlk rolunu Sibel Can və Tarık Akanın da rol aldığı filmdə epizodla başlayan gözəl qız, tezliklə rejissorların diqqətini çəkib.
Aktrisa ötən il məşhur aktyor Berk Oktayla ailə qurub. Verdiyi müsahibələrdə hər zaman əri haqqında böyük sevgi ilə danışır.
Mələk kimi zərif və məsum görünən bu aktrisanın da həyatına şou qalmaqalları kölgə salmamış deyil. Bərk Oktayın öncəki həyat yoldaşı, aktrisa Merve Sarapçıoğlu bildirib ki, Berklə evil olarkən Yıldız onun ərini yoldan çıxarıb və nəhayət əlindən alıb.