Dünən ölüm xəbəri yayılan aktyor Ruslan Bəşirli sosial şəbəkə hesabında paylaşım edib.
Lent.az xəbər verir ki, bir neçə saat telefonuna zəng çatmadığı üçün bəzi saytlar onun ölüm xəbərini yayıblar. Halbuki aktyorun dostları onun sağ olduğunu iddia etmişdilər. Ruslan Bəşirli səhifəsində belə yazıb:
“Dostlar, sağ və salamatam. Nəhayət telefonum özümdədir! Dünəndən bəri ailəm, doğmalarım, kolleqalarım, yaxınlarım təlaş içindədirlər, dostlarım, qohumlarım bizə axışır zəng çatmadığına görə. Telefonu götürən kimi dəhşətə gəldim. Bu qədər zənglər, mesajlar. Yaşadıqlarımın əsəb, gərginlik və stresini keçirirəm hazırda. Ətraflı danışacam, hamıya cavab verəcəm”.