Türkiyəli məşhur aktyor Oktay Kaynarcanın adından “Tiktok”da saxta hesabdan pul toplamağa başlanılıb.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, aktyor məsələ ilə bağlı paylaşım edərək izləyicilərinə xəbərdarlıq edib:
“Sosial şəbəkələrdə adıma səhifə açıb yardım toplamaq bəhanəsi ilə fırıldaq etməyə çalışan bir vicdansız var. Xahiş edirəm, belə hesablara və insanlara inanmayın. Hazırda bu məsələ ilə bağlı cinayət işi açılıb”.