Oktay Kaynarca  “Milyonçu”nun aparıcısı oldu
12 sentyabr 2024 17:19 (UTC +04:00)

Oktay Kaynarca “Milyonçu”nun aparıcısı oldu

Türkiyəli məşhur aktyor Oktay Kaynarca “Kim milyoner olmaq istər” (Azərbaycanda bu veriliş “Milyonçu” adı ilə yayımlanır) verilişinin aparıcısı olub.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, o, verilişin bundan öncəki aparıcısı Kənan İmirzalıoğlunu əvəz edib.

Oktay Kaynarcanın təqdimatında proqram bazar günü ATV kanalında ilk dəfə efirə çıxacaq.

Qeyd edək ki, Oktay Kaynarca bu ilin əvvəlində bu verilişə iştirakçı kimi qatılmış, Azərbaycan barədə verilən sualları cavablandırmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 555
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar