Makronun xanımına “kişi” deyən qadınlar  cəzalandırılacaq
12 sentyabr 2024 15:26 (UTC +04:00)

Makronun xanımına “kişi” deyən qadınlar cəzalandırılacaq

Parisdə Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun “kişi olaraq doğulduğunu” iddia edən iki qadına hökm çıxararılacağı bildirilib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, Fransa prezidenti Emmanuel Makronun həyat yoldaşı Bricit Makronun “kişi doğulduğunu” iddia edən Nataşa Rey və Delfin Jeqousun işinə iyun ayında Paris islah məhkəməsində baxılıb. Birinci xanım Bricit Makron iclasda iştirak etməyib, onu vəkil təmsil edib. Əsas müttəhim Rey xəstəliyi ilə əlaqədar iclasa  gəlməyib.

İnternetdə ekstrasens Amandine Roy kimi tanınan və yalnız Rey tərəfindən hazırlanmış materialları yaymaqda ittiham olunan 49 yaşlı Jegousse hakim qarşısına çıxıb.

Bricit Makronun vəkili hər iki qadının 10 min avro cərimələnməsini və məhkəmə xərclərinə təxminən 3 min avro ödənilməsini tələb edib.
Mart ayında Makron ilk dəfə arvadının cinsinə dair tabloid xəbərlərini açıq şəkildə tənqid edib.

Makron deyib ki, prezident kimi üzləşdiyi ən pis şey “insanları onlara inandıran və şəxsi həyatınız da daxil olmaqla sizi təqib etməyə başlayan dezinformasiya və uydurma hekayələrdir”.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1590
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar