Mobil telefonlar bu xəstəliklərə səbəb olur - TƏHLÜKƏLİDİR
12 sentyabr 2024 11:32 (UTC +04:00)

Mobil telefonlar bu xəstəliklərə səbəb olur - TƏHLÜKƏLİDİR

Daimi mobil telefondan istifadə ürək-damar xəstəlikləri riskinin artması ilə əlaqələndirilə bilər. 

Lent.az xarici mətbuata istinadən xəbər verir ki, alimlər 2006-2010-cu illər arasında mobil telefondan istifadə tezliyi barədə məlumat verən 444 min insanın məlumatlarını təhlil ediblər. Daimi mobil telefondan istifadə (həftədə ən azı bir zəng) xüsusilə siqaret çəkənlərdə və diabetli insanlarda ürək-damar riskinin artması ilə əlaqələndirilir.

Yuxu rejiminin zəif olması və pis psixi sağlamlıq sirkadiyalı ritmlərin pozulması, endokrin və maddələr mübadiləsinin pozulması və iltihabın artması ilə ürək-damar xəstəliklərinin inkişafına mənfi təsir göstərə bilər.

Cib telefonlarının radiotezlikli elektromaqnit şüalarına tez-tez məruz qalma bir çox xəstəliklər üçün risk faktoru olan iltihaba səbəb ola bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2274
avatar

Arzu Qurbanlı

Oxşar yazılar