Avropanın məşhur ölkəsində  səyahət bahalaşa bilər
12 sentyabr 2024 15:52 (UTC +04:00)

Avropanın məşhur ölkəsində səyahət bahalaşa bilər

Hədsiz turizmlə mübarizə aparmaq üçün İtaliya hakimiyyəti turist vergisinin əhəmiyyətli dərəcədə artırılmasını nəzərdən keçirir. 

Lent.az xəbər verir ki, təklif olunan yeni tarif adambaşına gecəlik 25 avroya qədər ola bilər. Hazırda vergi şəhərdən asılı olaraq gecəlik 1 ilə 5 avro arasında dəyişir.

Bu addım İtaliyaya beynəlxalq turizmin artması fonunda baş verib. 2023-cü ildə İtaliya 57 milyon xarici turistlə dünyanın ən çox ziyarət edilən dördüncü ölkəsi olub. Fransa, İspaniya və ABŞ müvafiq olaraq 100, 85 və 66 milyon turistlə birinci yerdədir.

İtaliya mediası 2024-cü ilin sonuna kimi turistlərin sayının 65,8 milyona yüksələcəyini proqnozlaşdırır. Yerli sakinlər üçün turizm getdikcə daha çox yükə çevrilir: izdihamlı kəndlər, tıxaclı küçələr və pisləşən infrastruktur.

Bu problemləri həll etmək üçün İtaliya hökuməti turist vergisini bir gecəlik 25 avroya çatdırmağı təklif edir. Bildirilir ki, dəyişiklik turistləri “daha məsuliyyətli” etmək məqsədi daşıyır. Yığılan vəsait insanların sıx olduğu yerlərdə tullantıların yığılması kimi xidmətlərə sərf olunacaq.

Təsdiqləndikdən sonra yeni vergi İtaliyanın Florensiya və Roma kimi böyük şəhərlərində mövcud turizm yığımları ilə yanaşı tətbiq ediləcək. Xüsusi vergi məbləği otel kateqoriyasından asılı olacaq. Qiyməti 750 avrodan çox olan lüks otaqlar üçün vergi bir gecəlik 25 avro olacaq. Qiyməti 100 avrodan aşağı olan daha ucuz otaqlar üçün vergi 5 avro olacaq. Qiyməti 100-400 avro olan otaqlar 10 avro, qiyməti 400-750 avro arasında olan otaqlar isə gecə üçün 15 avro vergiyə cəlb olunacaq.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2946
avatar

Sevinc Fərid

Oxşar yazılar