Ağcabədidə intihar hadisəsi olub.
Lent.az-ın məlumatına görə, hadisə Taxtakörpü qəsəbəsində baş verib.
Laçın rayon sakini 26 yaşlı Ülviyyə Baxşəlizadə yaşadığı evdə ov tüfəngindən atəş açaraq özünə xəsarət yetirib.
Qadın xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Laçın rayon Prokurorluğunda araşdırma aparılır.